Dəvətnamə İnsan Hüquqları Forumuna

Dəvətnamə

  Sizi 11 Dekabr, saat 10:00-dan 13:00-dək “Park Inn” otelinin “Dan Ulduzu”  zalında Beynəlxalq İnsan Haqları gününü qeyd etmək münasibətilə İnternational Media Support (Beynəlxalq Mediaya Dəstək) və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən təşkil edilən “Azərbaycanda İnsan Hüquqları Forumu” adlı beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.

  Tədbirdə açılış nitqi ilə Beynəlxalq Mediaya Dəstək Təşkilatının Azərbaycan üzrə Proqram Meneceri Gülnarə Axundova, Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Irfan Siddiq və  ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dereck Hogan çıxış edəcək. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muzniksın video  çıxışı olacaq. Eyni zamanda açılışda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, Əli Həsənovun da çıxışı gözlənilir.

 Suallarınız, rəyləriniz və təkliflərinizi info@irfs.org elektron poçtuna yazmaqla və yaxud (012) 408-75-30, (050) 508-78-87 telefon nömrəsi vasitəsilə bildirə bilərsiniz. Dəvətimizə  09 dekabr 2013-cü il, iş gününün sonuna qədər cavab verməyinizi xahiş edirik.

 Bu əhəmiyyətli konfransda sizinlə əməkdaşlıq etməkdən çox məmnun olardıq.

Previous Post

İnternet azadlığı ilə bağlı iddiaların yalan olduğu ortaya çıxdı

Next Post

Dəvətnamə İnsan Hüquqları Sərgisinə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.