Dəyirmi masaya dəvət: Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi

Dəvətnamə

Sizi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən hazırlanmış və Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərinin necə yerinə yetirildiyini araşdıran yeni hesabatlarının təqdimatına və müzakirəsinə dəvət edirik.

Hesabatlar RATİ-nin Beynəlxalq Mediaya Dəstək (International Media Support) təşkilatının dəstəyi ilə həyata keçirdiyi geniş insan hüquqları proqramı çərçivəsində hazırlanmışdır.

Dəyirmi masanın keçirilmə vaxtı:

Cümə günü, 8 noyabr 2013-cü il

Saat 11:00-13:00

Məkan:

RATİ-nin “Azərbaycan Media və İnsan Hüquqları Mərkəzi”

Rəşid Behbudov küçəsi 8, mənzil 85/86

Kofe/ çay fasiləsi

Dəvətimizi 6 noyabr 2013-cü il tarixinə qədər info@irfs.org elektron poçtuna yazmaqla və ya (012) 408-75-30 nömrəsinə zəng etməklə cavablandırmağınızı xahiş edirik. Özünüzlə başqa bir qonaq gətirəcəyiniz halda, zəhmət olmasa, bunu da qeyd edin.

Previous Post

Metroda qəzet satışına qadağa qoyulması ilə bağlı aksiya keçirilib

Next Post

Nəşriyyat evinə edilən reydlə Azərbaycan hökuməti tənqidçilərinə qarşı təzyiqləri gücləndirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.