Metroda qəzet satışına qadağa qoyulması ilə bağlı aksiya keçirilib

051600036424

Oktyabrın 31-də  metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında metroda qəzet satışına qoyulmuş qadağaya qarşı etiraz aksiyası keçirilib. “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri və bu qəzetin bir neçə əməkdaşı yoldan keçənlərə qəzet nüsxələrini paylayıblar.

Daha sonra aksiya iştirakçıları metropoliten rəisi Tağı Əhmədovun ofisinə yaxınlaşaraq, onunla görüş tələb ediblər. Lakin görüş baş tutmayıb, piket iştirakçılarından şikayətlərini yazılı şəkildə təqdim etmələrini xahiş ediblər.

Şirin Cəfəri bildirib ki, Tağı Əhmədova dəfələrlə yazılı şikayətlər verilib, lakin o, bir dəfə olsun reaksiya verməyib. Onun sözlərinə görə, qəzetlərin satışının qadağan edilməsi sifarişdir, belə ki, bu qəzetlərdə korrupsiyanı tənqid edən yazılar dərc olunur.

Xatırladaq ki, bir müddət əvvəl hakimiyyət metroda “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm Xəbər” qəzetlərinin satışını qadağan edib.

Previous Post

Məhkəmə yayım firmalarına “Azadlıq” qəzetinə pul ödəməyi qadağan edib

Next Post

Dəyirmi masaya dəvət: Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.