Prezident seçkilərinin mediada işıqlandırılması: Demokratiyaya təhqir adlı dəyirmi masaya dəvət

Azərbaycanda Prezident seçkiləri yaxınlaşdıqca mediaya nəzarət problemi və siyasi güc məsələsi yenidən gündəmdədir. Media plüralizminin durumu indiki qədər acınacaqlı olmamışdır. Bu səbəbdən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hökumətini mediaya sahibliyin bir əldə cəmlənməsi, medianın liberallaşdırılması və bütün gələcək seçkilərin tam ədalətli və effektiv işıqlandırılmasını stimullaşdıran şəraitin yaradılması ilə bağlı qanunvericilik sahəsindəki müvafiq tədbirləri görməyə çağırır.

Daha ətraflı məlumat üçün bizim sabah, yəni 8 oktyabr saat 14:00-dan 15:00-a kimi  RATİ-nin mətbuat mərkəzində (Ünvan: Rəşid Behbudov 8, mən 85/86) keçiriləcək tədbirdə iştirak edə bilərsiniz. Tədbir zamanı RATİ ATƏT-in Bakı Ofisinin maliyyələşdirildiyi layihə çərçivəsində “Azərbaycanın 2013-cü il prezident seçkilərinin işıqlandırılması “ adlı hesabatının ilkin versiyasını ictimaiyyətə təqdim edəcək.

Previous Post

Prezidentin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi ifadə azadlığına qarşı daha gizli bir planın hissəsidir

Next Post

Azərbaycanda prezident seçkiləri ifadə azadlığının geniş miqyaslı pozuntusu ilə müşayiət olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.