XÜSUSİ MÜRACİƏT: RATİ YERLİ VƏ BEYNƏLXALQ İCTİMAİYYƏTİ ELMAR HÜSEYNOVLA BAĞLI KEÇİRDİYİ KAMPANİYAYA QOŞULMAĞA DƏVƏT EDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun doğum günü (17 iyul) ilə əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edir.

Müraciət vasitəsilə RATİ Elmar Hüseynovun xatirəsinin onun doğum günündə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında aksiyalar keçirməklə və ya onlayn qaydada banerlər (banerlər gələn həftənin 1-5-ci günləri müxtəlif saytlarda yerləşdirilə bilər) vasitəsilə  anılmasını təklif edir. RATİ bununla bağlı şüarlar və banerlər hazırlayıb və onlar RATİ-nin saytında (www.irfs.az) yerləşdiriləcək. RATİ keçiriləcək tədbirlər zamanı şəkillərin çəkilməsini və onların RATİ-yə göndərilməsini (irfs.az@gmail.com) xahiş edir. Belə ki, həmin şəkillər də saytda yerləşdiriləcək.
      Qeyd edək ki, iyulun 17-də saat 16.30-da RATİ yerli jurnalist təşkilatları ilə birgə Elmar Hüseynovun məzarını ziyarət edəcək və burada anım mərasimi keçiriləcək.
Hakimiyyəti tənqid edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında odlu silahla qətlə yetirilmişdi.
Linklar:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,81/

http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,19/

http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,18/lang,az/

Previous Post

AQİL XƏLİLİN HƏBSİ ÜÇÜN İDDİA QALDIRILIB

Next Post

NAXÇIVANDA “KANAL-35” TELEVİZİYASINA LİSENZİYA VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.