RATI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT ETDİ

Bu gün (4 may )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqton DC-yə 4-5 may 2009-cu il rəsmi səfəri ilə bağlı ABŞ-ın Dövlət Katibi Hillari Klintona müraciət unvanlayıb.

Müraciətdə RATİ xahiş edib ki, Klinton və digər ABŞ rəsmiləri Məmmədyarovla görüş zamanı media azadlığı sahəsində müşahidə olunan ciddi pisləşmələrdən söhbət açsınlar və Məmmədyarovu inandırsınlar ki, Azərbaycan hökumətinə çatdırsın ki:
    “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dərhal bərpa etsin
•    Azərbaycanın qeyri qanuni həbs edilmiş 4 jurnalistini azad etsin
    böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etsin
    jurnalsitlərə qarşı hücumlarda və jurnalistlərin hüquqlarının pozulmasında məsuliyyət daşıyanları qanunun yol verdiyi son həddə qədər məhkəməyə cəlb etsin
•    Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv etsin
    İctimai TV-də proqramları rəngarəngliyi təmin olunsun
•    İctimai TV2 yaradılsın
    AZTV və İdman Azərbaycan kanalları özəlləşdirilsin
•    Azərbaycanda TV və radio şirkətləri açmaq üçün daha şəffaf və ədalətli müsabiqələr keçirilsin
KİV-lə və Teleradio yayımı ilə bağlı Azərbaycan Konstitusiyasına edilmiş və mətbuat azadlığını daha da məhdudlaşdıran dəyişiklikləri ləğv etsin.
Previous Post

MÜŞFİQ HÜSEYNOV 3 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.