MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Bu gün (05 may) Abşeron Rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127, (Qəsdən sağlamlığa az ağır zərər vurma)128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu, onun hüquqlarını müdafiə edən şəxslər – “Media Hüquqları İnstitutu”nun vəkili Elçin Sadıqov, jurnalistin digər vəkili Əlayif Həsənov, zərərçəkmiş şəxs qismində Nəsibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanoğlu iştirak edirdilər.
Məhkəmə prosesində zərərçəkmiş tərəfdən 5 nəfər şahidi dindirildi. Şahidlər Mahal İsmayıloğlunun Nəsibə Səfərovaya qarşı fiziki zor tətbiq etməsi ilə bağlı ifadə verdilər. Nəsibə Səfərovanın azyaşlı uşağınıb isə, pedaqoq məhkəmədə iştirak etmədiyi üçün növbəti məhkəmə prosesində ifadə verməsinə qərar verildi.
Hakim növbəti məhkəmə prosesini 14  may 2009-cu il, saat 16:00-a təyin etdi.
Xatırladaq ki, M. İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M. İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb.
Previous Post

RATI ABŞ DÖVLƏT KATİBİNƏ MÜRACİƏT ETDİ

Next Post

HAKİM İDDİANI İCRAATA GÖTÜRMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.