RATİ jurnalist Pərviz Həşimlinin azadlıqdan məhrum olunmasını pisləyir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün qanunsuz silah saxlama və qaçaqmalıçılığı ittihamları ilə günahkar elan olunan jurnalist Pərviz Həşimlinin dərhal azad olunmasına çağırır.

Bəyanat

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlini məhkəmə zamanı sübuta yetirilməmiş saxta silah saxlama və qaçaqmalçılığı ittihamları əsasında 8 il müddətinə azadlıqdan məhrum edib.

Təşkilat bildirir ki,   Azərbaycanın Avropa Şuras Nazirlər Komitəsinə sədrliyinin başlamasından sonra siyasi sifarişlə həbs edilmiş jurnalistin belə böyük cəzaya məhkum edilməsi Azərbaycan hökumətinin sədrlik dövründə də insan hüquqlarına hörmət etməyəcəyinin göstəricisidir.

RATİ bəyan edir ki, jurnalistin qanunsuz olaraq indiyə kimi Milli Təhlükəsizlik Nazirliyində saxlanılması,  orada işgəncələrə məruz qalması, uzun müddət ailəsi ilə görüş verilməməsi, müdafiə hüququnun pozulması, ifadə verilməyə məcbur edilməsi kimi addımlar yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş müdafiə, azadlıq, işgəncəyə məruz qalmama kimi hüquqlarının kobud pozuntusudur.

Jurnalistin məhkəmə monitorinqi göstərir ki, onun işi üzrə əlavə şahidlərin dindirilməsi, digər sübutların əldə edilməsi barədə vəsatətlərinin məhkəmə tərəfindən təmin edilməməsi məhkəmənin obyektiv araşdırılmadığını göstərir.

Jurnalist Pərviz Həşimlinin barəsində çıxarılan hökm Azərbaycan hakimiyyətinin jurnalistlərə və digər vətəndaş cəmiyyəti üzvlərinə qarşı saxta ittihamlara əsaslanan hüquqi təqib tendensiyasının davamıdır. Hazırda saxta ittihamlarla 10-dan artıq jurnalist və blogger həbsdədir.

RATİ hökumətini insan hüquqlarına, xüsusilə də ifadə azadlığına hörmət etməyə, müstəqil  fikirli şəxslərə qarşı repressiyalara son qoymağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətini mətbuat və ifadə azadlığını boğmaq istiqamətindəki addımlardan çəkindirmək üçün real addımlar atmağa çağırır.

Previous Post

Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib

Next Post

Məhkəmə Əvəz Zeynallının vergi cəzasını dəyişməyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.