Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib

398327_525389854153700_112437647_n

Mayın 14-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi üzrə  hökm elan olunub.

Hakimin qərarı ilə  Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mayın 12-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişdi.

Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Daha sonra ona Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrar törədildikdə) maddəsi üzrə də ittiham irəli sürülüb.

Previous Post

(English) Appeal Court dismisses appeal in Rafig Tagi murder case

Next Post

RATİ jurnalist Pərviz Həşimlinin azadlıqdan məhrum olunmasını pisləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.