RATİ “Gündəm Xəbər” qəzetinin baş redaktoruna şərti həbs cəzasının verilməsini pisləyir

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriyə 3 il şərti həbs və 71,000 manat cərimə cəzasının verilməsini pisləyir. RATİ Cəfərinin məhkəməsini siyasi sifariş hesab edərək, onun barəsində seçilmiş cəzanın ləğv olunmasını tələb edir.

RATİ-yə daxil olmuş məlumata görə, mayın 20-də keçirilmiş məhkəmə prosesində Cəfəri cinayət məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə günahkar hesab olunaraq barəsində 3 illik şərti həbs və 71,000 manat cərimə cəzası seçilib.

Hal-hazırda 7 jurnalistin həbsdə olduğu Azərbaycan Cənubi Qafqazın ən böyük “jurnalist məhbəsi”dir. RATİ hökuməti jurnalistlərin istər həbs, istərsə də şərti həbs cəzasına məhkum olunmasına son qoymağa çağırır. RATİ qeyd edir ki, şərti həbs və cərimə də cinayət məsuliyyətidir və bu cür cəzalar jurnalistlərə cinayətkar “damğası” vurur. Həbs cəzasına nisbətən daha yüngül cəza olsa da, şərti həbs də jurnalistlər arasında özünü senzuranın artmasına səbəb olur və onların öz peşə fəaliyyətini həyata keçirmələrinə mane olur.

Previous Post

Jurnalistə şərti cəza verilib

Next Post

Həbsdəki jurnalist “Ekspress Servis” MMC –ni məhkəməyə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.