RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR

Böyük Britaniyanın “Hərb və Sülh İcmalları İnstitutu”nun “Airsoft  Georgia”  Federasiyası və Gürcüstan Müdafiə Nazirliyi ilə birgə oktyabrın 3-6-da  telejurnalistlər üçün təşkil etdiyi “müharibədən reportaj” mövzusunda  müsabiqədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) ikinci yeri tutub. Müsabiqədə birinci yerə isə Gürcüstanın İctimai Televiziyası layiq bilinib. Bu barədə müsabiqədə iştirak etmiş RATİ-nin üzvü, habelə “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri İdrak Abbasov məlumat verib.

“Müsabiqədə Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər. Ümumilikdə isə müsabiqədə 8 telekanal iştirak edib. Azərbaycanı isə bu müsabiqədə RATİ-nin video-operatoru Mehman Hüseynov və mən təmsil edirdim. Müsabiqədə cəmi iki mükafat – 1 və 2-ci yerlər var idi. Bizim cəmi iki mükafatdan birinə sahib olmağımız böyük uğurdur. Çünki biz telejurnalist deyilik və bizim “Rustavi-2”, “İmedi”, “Acar-TV”, “Georgian TV” və Ermənistanın “Erkir” TV-si kimi ciddi rəqiblərimiz var idi”, – deyə qeyd edən İ. Abbasovun sözlərinə görə, operator – 19 yaşlı M. Hüseynov ilk dəfə belə bir şəraitdə  çəkiliş aparıb. Amma M. Hüseynov gördüyü işlə münsifləri ram edə bilib.
Belə ki, telejurnalistlər üçün təşkil olunmuş müsabiqə Gürcüstanın “Vaziani” hərbi bazasının nəzdindəki poliqonların birində həyata keçirilib. Səhnələşdirilmiş müharibə terrorizmdə ittiham edilən Somalili generalın Amerika hərbçiləri tərəfindən zərərsizləşdirilməsinə həsr olunub. Real müharibəyə çox oxşadılmış döyüş bombalaması nəticəsində dağıdılaraq xarabalığa çevrilmiş balaca bir şəhərdə gedirdi. Döyüşçülər real silah-sursatla silahlanmışdılar, kauçuk qəlpə saçan qumbaralar və kauçuk güllələrdən istifadə edirdilər. Müsabiqənin şərtlərinə görə, jurnalistlər əsir düşməməli, vurulmamalı və ən asası  döyüş meydanından balanslı reportaj verməli idilər.

Video: http://www.irfs.az/content/view/2922/1/lang,az/

Previous Post

JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR

Next Post

GƏNC BLOQÇULARIN CİNAYƏT İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.