GƏNCLƏR MEDİA MƏRKƏZİNİN TƏQDİMATI KEÇİRİLDİ

Bu gün (15 mart)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində “Gənclər Media Mərkəzi” layihəsinin təqdimatı keçirilib.

Layihənin rəhbəri, RATİ direktoru Emin Hüseynov layihəni Danimarkadakı Beynəlxalq Mediaya Dəstək təşkilatının və İREX Azərbaycanın dəstəklədiyini deyib. Onun sözlərinə görə, bu ictimai birlik medianın problem yaşadığı ölkələrdə yerli qurumlara dəstək verir.

Gənclər Media Mərkəzi “gənclər nə istəyir?” prinsipi ilə fəaliyyət göstərəcək.  Mərkəzin fəaliyyətə başlaması ölkədə vətəndaş jurnalistikasının inkişafına müsbət təsir edəcək. Burada təcrübə keçib formalaşan gənclər sonra peşəkar media qurumlarında fəaliyyət göstərə biləcəklər.

Mərkəz müasir texniki avadanlıqlarla təchiz edilib. Bura “gənclər üçün ictimai fəaliyyət və formalaşma məkanı” olacaq.

Gənclər efir mədəniyyətinə yiyələnə bilmələri üçün həftədə 2 dəfə yerli və xarici peşəkarlardan ustad dərsləri ala biləcəklər. Mərkəz üzvlərinin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Layihənin müddəti 6 aydır.

Tədbirdə Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova və İREX təşkilatının nümayəndəsi, media üzrə ekspert Ələsgər Məmmədli çıxış edərək vətəndaş jurnalistikasının məhz gənclərin səyi ilə daha da inkişaf edəcəyini qeyd ediblər, mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Daha sonra layihə icraçıları və layihədə iştirak edəcək gənclər Mərkəzin fəaliyyətinə imkan verən texniki avadanlıqlara və hazırlanmış yeni studiyaya baxış keçiriblər.

Previous Post

PREZİDENT APARATI RƏSMİSİ XƏDİCƏ İSMAYILOVA İLƏ BAĞLI BƏYANAT VERDİ

Next Post

DAHA ÜÇ MEDİA NÜMAYƏNDƏSİ HƏBS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.