PREZİDENT APARATI RƏSMİSİ XƏDİCƏ İSMAYILOVA İLƏ BAĞLI BƏYANAT VERDİ

“Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz”.

Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür: “Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar.    Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə məlumat veriləcək”.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə isə, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Xatırladaq ki, martın 7-də “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 13-də hakim Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan eyni adlı “Yeni Azərbaycan” qəzetində isə  “Xədicə İsmayılova göründüyü və olduğu kimi” başlıqlı altında qapayaxma xarakterli geniş yazı dərc olundu, bir gün sonla isə anonim sayt vasitəsilə jurnalistlə bağlı pornogörüntü yayıldı.

 

 

Previous Post

VASİF TURAN EVİNİN ƏRAZİSİNİ ƏLƏ KEÇİRMƏK ÜÇÜN YANDIRILDIĞINI İDDİA EDİR

Next Post

GƏNCLƏR MEDİA MƏRKƏZİNİN TƏQDİMATI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.