RATİ əməkdaşları polis təzyiqi ilə üzləşiblər

600967_600837413269433_270309485_n

İyunun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları Mehman Hüseynov və Rasim Əliyev peşə fəaliyyətlərini yerinə yetirən zaman polis təzyiqinə məruz qalıblar. Belə ki, bu gün Bakıda Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” futbol komandalarının fanklublarının üzvü bir qrup gənc aksiya keçirməyə cəhd göstərib. Türkiyənin İstanbul şəhərində “Gezi” parkının sökülməsinə etiraz əlaməti olaraq ölkənin müxtəlif şəhərlərində keçirilən kütləvi aksiyalara dəstək xarakteri daşıyan aksiyanın baş tutmasına polis imkan verməyib.

Bu zaman keçirilən aksiyada çəkiliş aparan jurnalistlər polisin kobud rəftarına, fiziki təzyiqinə məruz qalıblar. Polis əməkdaşı Rasim Əliyevə yumruq vuraraq, ona fiziki xəsarət yetirib, telefonunu əlindən alıb. Digər bir əməkdaş Mehman Hüseynov isə polisin hədəsinə məruz qalıb. Jurnalist R. Əliyevə edilən təzyiqi lentə alarkən, polis jurnalisti itələyərək, uzaqlaşdırmağa çalışıb, onu həbs etdirəcəyi ilə hədələyib.

Previous Post

Jurnalistlər Türkiyədə çəkiliş apararkən yaralanıblar

Next Post

RATİ mediaya qarşı polis zorakılığı ilə bağlı cavab tələb edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.