Jurnalistlər Türkiyədə çəkiliş apararkən yaralanıblar

946851_10201303169721042_81375083_n

İyunun 2-də “Azadlıq” radiosunun hazırda İstanbulda olan reportyoru Abbas Atilay və “Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlu şəhərin Beşiktaş nahiyəsində polis qüvvələri ilə aksiya iştirakçıları arasında gedən qarşıdurma zamanı xəsarət alıblar. Bu barədə musavat.com  məlumat yayıb.

Məlumatda A.Atilayın  əlindən xəsarət aldığı və sınıqlarının olduğu, F. İlqaroğlunun isə qaz zəhərlənməsinə məruz qaldığı bildirilir. Fərahim İlqaroğlu hadisədən dərhal sonra klinikaya aparıldıqlarını və onlara müalicəyə şərait yardıldığını da qeyd edib. Hal-hazırda hər iki jurnalistin vəziyyəti stabildir.

Qeyd edək ki, mayın 28-dən etibarən İstanbulda Taksim meydanın arxasındakı Gəzi parkında ağacların kəsilməsinə etiraz edən milyonlarla insan etiraz aksiyası etməkdə davam edir.

Previous Post

Bakıda Gezi Parkına Dəstək aksiyasını çəkən ANS TV əməkdaşları polis təzyiqinə məruz qalıb

Next Post

RATİ əməkdaşları polis təzyiqi ilə üzləşiblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.