RATİ NÜMAYƏNDƏLƏRİ AŞPA-NIN QIŞ SESSİYASI VƏ YUNESCO -NUN TƏDBİRLƏRİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇ

Ötən həftə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına və YUNESCO-nun söz və ifadə azadlığı ilə bağlı beynəlxalq tədbirlərinə qatılmış Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  sədri Emin Hüseynov və təşkilatın nümayəndəsi Rəsul Cəfərov fevralın 3-də səfərlə bağlı mətbuat konfransı keçiriblər.

Hüseynov bu səfərin Açıq Cəmiyyəti İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirildiyini bildirdi. Onun sözlərinə görə, səfər çərçivəsində xeyli səmərəli görüşlər keçiriblər, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı görüş iştirakçılarına hesabatlar təqdim ediblər. RATİ sədri AŞPA-ya səfərə getdiklərinə görə QHT təmsilçilərinin spiker Oqtay Əsədovun təhdidlərinə məruz qaldıqlarına görə hazırladıqları bəyanatı imzalanmaq üçün QHT nümayəndələrinə göndərdiklərini bəyan edib.    

AŞPA-nın qış sessiyasının nəticələrinə dair fevralın 2-də mətbuat konfransı keçirildiyi üçün bu barədə geniş danışmayan Cəfərov yalnız AŞPA-nın Azərbaycanda keçirilmiş son parlament seçkilərlə bağlı hesabatını tənqid edərək bu hesabatın reallığı əks etdirmədiyini söyləyib. Görüşlərdə Azərbaycanda media, hicab, dindarların həbsi, Naxçıvanda insan haqlarının durumu kimi geniş spektrli müzakirələr aparılıb.

Parisdə ifadə azadlığına dair YUNESCO-nun beynəlxalq simpoziumu barədə məlumat verən RATİ nümayəndələri tədbirdə bütün dünya ölkələrindən 300-ə qədər media nümayəndəsinin iştirak etdiyini bildiriblər. Simpoziumda dünya mediasının problemləri, jurnalist qətlləri, jurnalistlərə təzyiqlər müzakirə edilib. BMT-nin, ATƏT-in ifadə azadlığı üzrə xüsusi nümayəndələrinin də qatıldığı  simpoziumunda çıxış edən Cəfərov Eynulla Fətullayevin həbsi, onun barəsində Avropa Məhkəməsinin azadlığa buraxılması qərarının icra edilməməyi kimi məsələlərə toxunub.

Daha bir tədbir medianın özünü tənzimləməsi, köhnə tendensiyalar və yeni media məsələləri ilə bağlı olub. Bu tədbirdə Azərbaycan təmsilçisi Mətbuat Şurası və media ombudsmanı məsələlərilə bağlı izahlar aldığını bildirib. Belə ki, Mətbuat Şurasının  dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirən tədbir təşkilatçıları qurumun maliyyələşdirilməyində dövlət vəsaitinin 49%-dən çox olmamağını nəzərə çatdırıblar. Onların fikrincə,  Şuranın dövlətdən aldığı maliyyə hesabına onun hakimiyyətdən asılılığı hər an yarana bilər. Media ombudsmanı məsələsinə gəlincə, burada tədbir təşkilatçıları media ombudsmanı səlahiyyətlərinin ümumi ombudsmana verilməsini birmənalı olaraq pisləyiblər. RATİ nümayəndələri bütün dünyada media ombudsmanı institutu fəaliyyət göstərdiyi üçün bu addımın başa düşülən olmadığını qeyd ediblər.

 

Previous Post

RADİO ÜZRƏ LİSENZİYANIN VERİLMƏSİNDƏN İMTİNA İLƏ BAĞLI MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Next Post

“XURAL” QƏZETİ CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.