RADİO ÜZRƏ LİSENZİYANIN VERİLMƏSİNDƏN İMTİNA İLƏ BAĞLI MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

  Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Tofiq Səmədovun sədrliyi ilə radio üçün lisenziyanın verilməsindən imtina etmiş Milli Televiziya və Radio Şurasına  qarşı iş üzrə proses keçirilib. Prosesdə iddiaçılar Cəfərov Rəsul və Yaşar Ağazadə, o cümlədən Milli Televiziya və Radio Şurasının nümayəndələri iştirak edirdilər.

   

            Proses zamanı iddiaçılar hakimin “Televiziya və radio yayımı haqqında” Qanunun 16-cı maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün vəsatət verdilər. Vəsatət onunla əsaslandırıldı ki, adı çəkilən qanunda lisenziyanın verilməsi üçün müsabiqənin elan olunma müddəti göstərilməyib və bu hal nəticədə Milli Televiziya və Radio Şurasının inhisarçı quruma çevrilməsinə gətirib çıxarıb. Hakim yerində etdiyi  müşavirədən sonra vəsatəti təmin etmədi.

           

            Daha sonra hər iki tərəf məsələ  üzrə  mövqeləri ilə bağlı izahat verdilər. Hakim izahatları dinlədikdən sonra növbəti prosesi martın 3-ü saat 11.00-a təyin etdi.

 

            Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”-nin sədri Cəfərov Rəsul və müstəqil jurnalist Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə Milli Televiziya və Radio Şurasına müraciət ediblər. Milli Televiziya və Radio Şurası kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar Milli Televiziya və Radio Şurasının hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər. Səbayel rayon Məhkəməsi bu iddianı təmin etmədiyindən iddiaçılar apellyasiya şikayəti veriblər.

 

 

Previous Post

“İDMAN AZƏRBAYCAN” TELEKANALINI PREZİDENT İLHAM ƏLİYEV YARADIB

Next Post

RATİ NÜMAYƏNDƏLƏRİ AŞPA-NIN QIŞ SESSİYASI VƏ YUNESCO -NUN TƏDBİRLƏRİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.