RATİ İRAN SƏFİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏK ÜÇÜN BŞİH-NƏ MÜRACİƏT EDİB

  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu avqustun 6-da saat 12.00-da  İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirilmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

RATİ sədri Emin Hüseynov  bildirib ki,  Mayın 2-də Təbrizdə həbs edilmiş Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin avqustun 7-də məhkəməsi keçiriləcək və bizdə bir gün əvvəl şairlərin həbsinə etiraz olaraq piket keçirmək istəyirik.
            Hüseynov onu da əlavə etdi ki, yerli və  beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə  yönəltmək məqsədi ilə 50 nəfər jurnalist və hüquq müdafiəçisinin iştirakı ilə dinc piket keçirəcəyik.
            Xatırladaq ki, Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il aprelin 28-də Tehranda keçirilən şer festivalına dəvət alıblar. Şairlər festivalda iştirak etdikdən sonra Azərbaycana qayıdarkən mayın 2-də Təbriz şəhərində mülki geyimli şəxslər tərəfindən həbs edilib. İran şairlərin ölkəyə qanunsuz gəldiyini bildirib, halbuki İran Azərbaycan vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv edib.
Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏDƏ İŞTİRAK TƏMİN EDİLMƏYİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ 50 MİN MANAT CƏRİMƏLƏDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.