“YENİ MÜSAVAT” QƏZETİ 50 MİN MANAT CƏRİMƏLƏDİLƏR

İyulun 31-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə hakim Xaliq İmanov  qəzetə qarşı iddianı qismən təmin edərək “Yeni Müsavat”ı 50 min manat cərimələyib. Bu barədə RATİ-yə “Yeni Müsavat” qəzetindən məlumat verilib.
Belə ki, prosesdə tərəflərin çıxışları dinlənib, iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddiaçının xeyrinə maddi zərərin ödənilməsi və qəzetdə təkzib verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edib. Qeyd edək ki, “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009-2011 illəri ərzində çıxan bir sıra məqalələrə görə, qəzetdən 1 milyon manat təzminat tələb edirdi.
 
Previous Post

RATİ İRAN SƏFİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏK ÜÇÜN BŞİH-NƏ MÜRACİƏT EDİB

Next Post

RATİ-NİN “YENİ MÜSAVAT” QƏZETİNƏ DAİR ÇIXARILMIŞ AĞIR CƏRİMƏ QƏRARI İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.