RATİ “AZADLIQ” QƏZETİNİN BIÇAQLANMIŞ ƏMƏKDAŞINA BAŞ ÇƏKİB

RATİ-nin əməkdaşları “Azadlıq “ qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı hadisənin təfərrüatları ilə tanış olmaq üçün Musa Nağıyev adına təcili tibbi yardım klinikasının Reanimasiya şöbəsində olublar. 

4 N-li palatada müalicə alan Aqil Xəlillə görüşüblər. O, bıçaqlanması ilə bağlı artıq polisə ifadə verdiyini bildirib: “Yasamal rayon 26-cı polis idarəsinin əməkdaşları mənim ifadəmi alıblar. Bütün gecə boyu polislər klinikada keşik çəkib. Zərərçəkmiş hadisəni belə xatırlayır: “Saat 7.30 radələrində işdən çıxdım. Apellyasiya məhkəməsinin yanına çatanda 2 nəfəri məni izlədiyini gördüm. Geri qayıtmaq istəyəndə digər 2 nəfər qarşımı kəsdi və mənə bıçaqla zərbə endirdi. Tez direktor Azər Əhmədova zəng etdim. Onunla birgə polis idarəsinə getdik. Oradan Musa Nağıyev adına təcili tibbi yardım klinikasına getdik. Üzərimdə əməliyyat aparıldı. İndi özümü yaxşı hiss etsəm də, döş qəfəsimdən aşağı ağrılarım olur. Buranı yaxın zamanda tərk etmək istəmirəm. Ancaq həkimlər məni tez reanimasiyadan çıxarmaq istəyirlər. Bıçaqlanmamın səbəbi yalnız peşə fəaliyyətimlə bağlıdır. Nə mənim, nə də ailəmin heç kəslə düşmənçiliyi yoxdur. 22 fevral Binəqədi rayonunda  “Zeytun bağları” ilə bağlı reportaj hazırlayarkən döyülməyimdən sonra polisə şikayət etdiyimdəm məni izləyirdilər. Hətta telefonuma hədələyici zənglər də gəlirdi. Dünən məni bıçaqlayanlardan biri bir müddətdir ki, məni izləyir. Bu gün mən ailəm üçün qorxuram. Əslində heç özüm də nə edəcəyimi bilmirəm. Heç olmasa təhlükəsizliyimi təmin etsinlər”.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib ki, “dünən Aqil Xəlil  zəng etdikdən sonra qəzetin əməkdaşları ilə jurnalisti taksiyə mindirən zaman 2 naməlum şəxsin maşına minib bizim arxamızca gəldiklərini gördük. Güman edirik ki, bu Aqil Xəlilə zərbə endirənlərin adamları idi. Ancaq 22 fevralda baş verən hadisədə Aqil Xəlilə xəsarət yetirənlərin şəkillərinin olmasına baxmayaraq cinayətkarlar hələ də yaxalanmayıb. Bu cinayətin də üstünün açılacağına inanmıram. Çünki bizə neçə dəfələrlə kompromis və kompensasiya təklif olunub”. A. Əhmədov əlavə edib ki, “A. Xəlilin bıçaqlanması ilə əlaqədar Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb”.

Previous Post

AQİL XƏLİLİN BIÇAQLANMASI DİQQƏTDƏ SAXLANILIR

Next Post

“LİDER” TELEVİZİYASI AQİL XƏLİLƏ QARŞI “QARA PİAR” KAMPANİYASI APARIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.