“VEB-JURNALISTIKA” TRENINQLƏRİNİN YEKUNUNDA 22 İŞTIRAKÇI SERTIFIKAT ALIB

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) Avropa Şurası və Avropa Komissiyasının maliyyə dəstəyi ilə keçirdiyi üç həftəlik "Veb-Jurnalistika" treninqləri başa çatıb.

Video, foto və radio reportajlari hazırlayib onların əsasında internet tv və internet radio saytları qurmaq, bloq yaradaraq vətəndaş jurnalistikasına necə töhfə vermək, sayt dizaynını necə hazırlamaq, internetdə xəbərlərin yayılmasının təkmilləşdirilməsi, media hüququ, jurnalist etikası və digər mövzuların tədris oluduğu treninqlərdə fərqlənən 22 iştirakçıya sertifikatlar təqdim olunub.

   Treninq iştıraskçıları arasında "Xural", "Bizim Yol", "Alma" qəzetlərinin, "Azərfoto" Agentliyinin, Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin, "Dalğa" Gənclər Hərəkatının  nümayəndələri, jurnalistika fakültəsinin tələbələri və Veb-Jurnalistika ilə maraqlanan digər şəxslər olmuşdur. Treninqlərdə yerli mütəxəssislərlə yanaşı, "Azadlıq" radiosunun Praqadakı ofisinin veb-dizayneri Anton Şiryayev nəzəri və praktiki dərslər keçmişdir.

 

Previous Post

JURNALİST MAHAL İSMAYILOĞLU ƏMƏLİYYAT OLUNMALIDIR

Next Post

ƏSGƏRLƏR MƏCBURİ ŞƏKİLDƏ İFADƏ VERDİKLƏRİNİ ETİRAF EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.