RATİ yeni saytını təqdim edib

Çərşənbə günü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu özünün yeni irfs.org saytının təqdimatını keçirib.

RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, saytın əvvəlki versiyası 2007-ci ildə Joomla platformasında hazırlanıb və o zaman texniki baxımdan proqressiv olub. Azərbaycan və ingilis dillərində məlumatların yerləşdirildiyi yeni sayt WordPress platformasında hazırlanıb, həm də təhlükəsizlik baxımından QHT-nin fəaliyyəti üçün daha əlverişlidir. Köhnə saytda yer alan 9000 məlumat yenisinə köçürülüb.

Sayt İFEX (ifadə azadlığı dəstəklənməsi üzrə beynəlxalq şəbəkə) və İMS-in (International media support) dəstəyilə yaradılıb.

İMS regional proqramlar üzrə direktor Gülnarə Axundova bildirib ki, saytın əsas ideyası mətbuat azadlığını müdafiə üzrə ictimai kampaniyaların keçirilməsi üçün imkanlar yaratmaq və Azərbaycanda ifadə azadlığının vəziyyəti barədə məlumatlar yaymaqdır.

Emin Hüseynov saytın texniki göstəriciləri, imkanları, axtarış və məlumatların yayılması sistemi barədə məlumat verib, bura RATİ-nin maliyyə hesabatlılığı haqda bölmə əlavə olunduğunu deyib. Qeyd edib ki, 2013-cü ildə RATİ özünün iki digər saytını – obyektiv.tv -i və nakhchivan.org.az yeni platformaya keçirəcək.

Təqdimatda iştirak edən USAİD-in təmsilçisi Ronald Glass və ABŞ-ın Alman Marşal Fondunun nümayəndəsi Mehriban Rəhimli irfs.org saytının yenilənməsinin Azərbaycanda söz azadlığının, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində ictimai vəkillik missiyasını yerinə yetirən vətəndaş cəmiyyətinin fəaliyyətinə yardım istiqamətində atılan addım kimi dəyərləndiriblər.

Təqdimat zamanı qeyd olunub ki, Bakıda BMT-nin himayəsilə Qlobal İnternet İdarəçiliyi Forumu keçirildikdən sonra da mövcud problemlər gündəmdədir. İnternet-dissidentlərin həbsi ilə yanaşı hüquqi və texniki xarakterli problemlər də qalır.

Azərbaycanın Çin, Rusiya, İran və ərəb ölkələri ilə birlikdə Beynəlxalq Rabitə Birliyinin – İTU qərarını dəstəkləməsi təəssüf doğurur. Bu qərar faktiki olaraq dövlətlərə kontentin yayılmasına təsir göstərməyə imkan verir və şəbəkə üzərində dövlət nəzarətini leqallaşdırır.

Previous Post

Azərbaycanda yayım mediasının durumu qənaətbəxş deyil

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.