Dünən (13 yanvar) “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının vəkili Fariz Namazlı Binəqədi rayon prokurorluğuna vəsatət verib.
Bu barədə məlumatı RATİ-yə Fariz Namazlı özü verib: “Binəqədi rayon prokurorluğunda “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif Nağı barəsində yalnız jurnalistin peşə fəaliyyətinə mane olma maddəsi ilə cinayət işi açılıb. Biz isə Akif Nağı və onunla Zamin Hacıya hücum edən daha üç nəfərin həm də xuliqanlığa görə məsuliyyətə cəlb olunmasını tələb edirik”.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “İki karın dialoqu” başlıqlı köşə yazısında QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.