RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN İSMAYIL HÜSEYNOV YENİDƏN POLİSƏ TƏHVİL VERİLİB

Polis özbaşınalıqlarından şikayət etdiyi üçün Ruhi Xəstəliklər Dispanserinə yatırılan I qrup gözdən əlil  Hüseynov İsmayıl Süleyman oğlu 07 yanvar 2009-cu il tarixdə dispanserdən çıxarılıbmış.

Ruhi Xəstəliklər Dispanserindən çıxarılarkən o, Sədərək rayon Polis Şöbəsinin müavini Dağbəyi Ələkbərova təhvil verilib. Məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirinə dispanserin həkimi Allahverdi Bağırov verib.
Qeyd edək ki, İ. Hüseynov Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 5 yanvar  2009-cu il tarixindən  dispanserə yatırılmışdı.
Xatırladaq ki, 24 dekabr 2008-ci il tarixində bir qrup gənc əsassız olaraq (http://www.nakhchivan.org.az/content/view/762/28/lang,az/) Sədərək rayon Polis Şöbəsinə aparılaraq səhərə qədər orada saxlanılmışdı. Polis Şöbəsində  gənclərə qarşı  fiziki, mənəvi və psixoloji təzyiqlər edildiyi üçün onların  valideynləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası prezidentinə şikayət (http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,175/id,1755/lang,az/)  ərizəsi yazıblar. Ərizəçi valideynlərdən olan İ. Həsənovun həyat yoldaşı II qrup əlil Həsənova Xanımzər Abo qızı və oğlu I qrup əlil Həsənov Elvin isə 7 gündür ki, yoxa çıxıb.
Digər ərizəçi valideynlər – Vəliyev İbrahim və həyat yoldaşı Vəliyeva Türkan isə yanvarın 12-də Sədərək rayon Polis Şöbəsinə aparılıb. Hazırda onlar haqqında da heç bir məlumat verilmir.
Previous Post

JMK SÖZ VƏ MƏTBUAT AZADLIĞININ DURUMU İLƏ BAĞLI ABŞ-IN YENİ SEÇİLMİŞ PREZİDENTİNƏ MÜRACİƏT EDİB

Next Post

ZAMİN HACININ VƏKİLİ PROKURORLUĞA VƏSATƏT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.