METYU BRAYZA İLHAM ƏLİYEVLƏ XARİCİ RADİOLAR MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza Azərbaycan Respublikasının prezidenti İlham Əliyev görüşü zamanı xarici radiolar məsələsini də müzakirə edib.

“Azadlıq” radiosunun verdiyi məlumatına görə M. Brayza ABŞ-la Azərbaycan hökuməti arasında xarici radioların yerli FM tezliyində yayımının bərpası istiqamətində aparılan danışıqların irəliyə doğru getdiyini bildirib. O, həmçinin bu məsələ ilə bağlı  iki dövlət arasında tezliklə razılığın əldə ediləcəyinə ümid etdiyini və bu razılığın ikitərəfli münasibətlər üçün çox önəmli olduğunu da qeyd edib.  
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımına qadağa qoyulub.
Previous Post

“SƏRHƏDSİZ REPORTYORLAR” ELMAR HÜSEYNOVUN İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANAT YAYIB

Next Post

“AZADLIQ” RADİOSUNUN XƏBƏRLƏRİNİ MOBİL TELEFONLARDA DA OXUMAQ MÜMKÜNDÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.