MÜXALİFƏTİN “SAHİL” BAĞINDA KEÇİRMƏK İSTƏDİYİ MİTİNQİN QARŞISI ZORAKILIQLA ALINDI

             Aprelin 17-də İctimai Palatanın “Sahil” bağında keçirdiyi etiraz aksiyasının qarşısı polis tərəfindən zorakılıqla alındı. Belə ki, Polis «Sahil» bağına yaxın mərkəzi küçələri səhər saatlarından nəzarətə götürmüşdü. Səkilərdən piyadalara da keçməyə imkan verilmirdi. Avtomobil yollarına isə beton dirəklər uzadılmışdı. Habelə polis mitinq iştirakçılarının qarşısını almaq üçün  metronun “Sahil” stansiyasının fəaliyyətini dayandırmışdı, sərnişinlərin bu stansiyadan istifadəsinə imkan verilmirdi. Habelə metronun “Sahil” bağına yaxın digər  – 28 may stansiyasından çıxan sərnişinlərə də bağ istiqamətində hərəkət etməyə imkan verilmirdi.

Polisin gördüyü tədbirlərə baxmayaraq bir qrup aksiyaçı Nizami kinoteatrının qarşısında  şüarlar səsləndirərək,  «İlham istefa!» ,  «Kral klan rejiminə son!»  yazılmış vərəqələr səpdilər. Amma dərhal hücuma keçən polislər və mülki geyimlilər   demək olar aksiya iştirakçılarını saxlayıblar. Saxlanılanlar polis tərəfindən zorakılığa məruz qalıblar. Qadınlar, yaşlılar  yerlərdə süründürülüb, hətta 5 yaşında bir qız uşağı da polis tərəfindən həbs edilib və polis bölmələrinə aparılıblar.

            Qeyd edək ki, aksiya zamanı 3 İsveçli jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb. May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) saxlanılıblar. İsveçli jurnalistlər    Azərbaycanda iqtisadi inkişaf fonunda baş verən proseslərlə tanışlıq, eləcə də Azərbaycan-Avropa münasibətləri haqqında İsveç telekanalları üçün reportajlar hazırlamaq məqsədilə Azərbaycana səfər ediblər. Jurnalistlər saxlanılaraq  39-cu polis bölməsinə  aparılıblar. Əməkdaşlarımız 39-cu polis bölməsinin növbətçi hissəsi ilə əlaqə saxlayıblar. Oradan əməkdaşlarımıza bildiriblər ki, artıq jurnalistləri sərbəst buraxıblar. Lakin isveçli jurnalistlər bildiriblər ki, onları  DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinə aparıblar. Jurnalistlərin barəsində heç bir məlumat verilmir.

            Belə ki, şəhərin mərkəzində səhər saatlarından başlayan gərginlik axşam saat 19 radələrinə qədər davam etdi. Aksiya zamanı saxlanılanlar haqqında dəqiq məlumat olmasa da, rəsmi məlumatlara görə 62, qeyri-rəsmi məlumatlara görə 90 nəfərə qədər adam saxlanılıb.

Previous Post

MƏHBUS JURNALİST ONUNLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİNƏ GÖRƏ BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜ

Next Post

İSVEÇLİ JURNALİSTLƏR AZƏRBAYCANDAN DEPORTASİYA OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.