CEYMS STEYNBERQ EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Bakıda səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberq “Azadlıq” radiosuna müsahibəsində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadəyəninhəbsinə münasibət bildirib. Bu məsləni diqqətlə izlədiyini deyən Ceyms Steynberq qeyd edib ki, nə baş verdiyini dəqiq öyrənmək üçün hökumətlə təmasları davam etdirirlər.

“Hesab edirəm ki, mətbuat çox böyük həlledici rola malikdir. İnformasiya mənbələri və debatlar vacibdir. Biz bu yaxınlarda bunu İranın timsalında gördük. Prezident aydın şəkildə açıq cəmiyyətin mövcudluğunu şərtləndirən mətbuatın rolu və xüsusilə də yeni medianın oynadığı rol barədə danışıb. Ona görə də biz bu məsələni izləyir və müntəzəm olaraq hökumət qarşısında qaldırırıq” – deyə, ABŞ Dövlət katibinin birinci müavini vurğulayıb.
      “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının FM tezliyində yayımı ilə bağlı danışıqların nə yerdə olduğu barədə sualı cavablandıran Ceyms Steynberq bildirib ki, bu məsələni ölkə prezidenti İlham Əliyevlə görüşdə müzakirə edib: “Mən «Azadlıq» Radiosunun işinin güclü tərəfdarıyam və ümid edirəm ki, bununla bağlı yol tapacağıq”.
Previous Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

Next Post

POLİS GƏNC FƏALLARIN MƏHKƏMƏSİNDƏ MÜŞAHİDƏ APARAN VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ÜZVLƏRİNƏ VƏ JURNALİSTLƏRƏ T

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.