Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının BİRGƏ BƏYANATI

Son vaxtlar birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın və siyasi mühitin sərtləşdirilməsi istiqamətində ardıcıl antidemokratik addımlar atılır. Sərbəst toplaşmaq azadlığına qadağalar, bununla bağlı irihəcmli cərimələrin tətbiqi, kütləvi həbslər,  QHT-lərə artıq nəinki regionlarda, hətta Bakidakı otellərdə konfranslarin kecirilmələrində suni maneələr, cəmiyyətdəki problemlərin mətbatda qabardılmaması ilə baglı müxalifət və müstəqil media  nümayəndələrinə xəbərdarlıqlar, ümumilikdə sivil topluma garşı mərkəzləşdirilmış təzyiq həlqəsinin tərkib hissəsidir.

Hazırda qeyri-hökumət təşkilatları, siyasi partiyalar və dini birliklərin iqtisadi əsasları və maliyyə fəaliyyətinin daha da sərtləşdirilməsi və bununla bağlı fantastik cərimələrin, hətta əmlak müsadirəsi sanksiyaların tətbiqini nəzərdə tutan yeni qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması da bu siyasətin davamı kimi qiymətləndirilməlidir.

Biz, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu siyasətə etiraz edərək bəyan edirik ki, bütün bunlar ölkədə birləşmək, toplaşmaq və ifadə azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir. Hesab edirik ki, bəyan edilən siyasi kursla birbaşa ziddiyyət təşkil edən bu siyasət  ölkədə demokratik proseslərin və vətəndaş cəmiyyətinin inkşafına əngəl yaratmaqla dövlətin imicinə ciddi zərbə vurur.

Bütün  bu basqıların və sivil toplumla bağlı qanunvericiliyə yeni dəyişikliklər layihəsinin ölkədə vətəndaş cəmiyyəti təşkilatlarnın fəaliyyətinə vuracaq ağır təsirləri nəzərə alaraq siyasi hakimiyyəti belə  təşəbbüslərdən çəkinməyə cağırırıq.

Eyni zamanda Milli Məclisin rəhbərliyinə və hər bir millət vəkilinə müraciət edərək belə bir mürtəce qanun layhəsini müzakirəyə çıxarmamağa və ona səs verməməyə çağırırıq.

Biz, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri öz növbəsində bildiririk ki, parlament və hökumət səviyyəsində bu qanun layihəsi də daxil olmaqla birləşmək, toplaşmaq və ifadə azadlıqları ilə bağlı hüquqi bazanın liberallaşdırılması məqsədi ilə bütün məsələlərin konstruktiv müzakirələrində maraqlıyıq və bu müzakirələrə hazırıq.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara və diplomaik missiyalara müraciət edərək müzakirələrə və həqiqi vətəndaş – hökumət dialoqunun başlanmasına  dəstək verməyə çağırırıq.

Previous Post

Bəyanat: Hökumət dərhal jurnalist Tofiq Yaqublunu azad etməlidir

Next Post

Vəkil zorla təyyarədən endirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.