JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

 “Azadlıq” qəzetinin əməkdaşı Aynur Elgünəş  qəzetin dünənki sayında dərc etdirdiyi “Mətbuatımızın bu günü” yazısına görə hədələnib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bu gün (22 iyul) jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, sözügedən yazıda media ilə bağlı bir çox təşkilatları, o cümlədən Azadə Taleh Abbasqızının rəhbəri olduğu “Qafqaz-Media” İctimai Birliyinin fəaliyyətini tənqid edib.

“Azadə Taleh redaksiyaya gəlib etirazını bildirib, daha sonra isə mənim mobil telefonuma zəng edərək, küçə söyüşləri ilə təhqir edib və məni ölümlə hədələyib” – deyən A.Elgünəş bildirdi ki, təhqir və hədələmə halları təkrarlanarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Qafqaz-Media”  İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı RATİ-yə bildirib ki, o, yazı ilə bağlı etirazını bildirmək üçün “Azadlıq” qəzetinin redaksiyasında olub və jurnalistə zəng edib: “Ancaq ölümlə hədələmə ilə bağlı heç bir söz deməmişəm. O, bunu özünü sığortalamaq üçün deyir. Təhqirə qalınca isə, məhkəmə danışıqlarımızın mətnini çıxarsın, görək kim kimi təhqir edib” – deyən A.T.Abbasqızı vurğuladı ki, sözügedən məqalənin sifarişlə yazıldığına əmindir və bununla bağlı məhkəməyə müraciət edəcək.
Previous Post

MEDİA NÜMAYƏNDƏLƏRİ MƏTBUAT GÜNÜNDƏ MƏHRUM HƏMKARLARINI ZİYARƏT EDİBLƏR

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ VƏ BAŞ MƏSLƏHƏTÇİSİNƏ HƏBS, ƏMƏKDAŞINA İSƏ İSLAH İŞİ CƏZA VERİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.