“NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ VƏ BAŞ MƏSLƏHƏTÇİSİNƏ HƏBS, ƏMƏKDAŞINA İSƏ İSLAH İŞİ CƏZA VERİ

Bu gün (22 iyul ) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hökm çıxarılıb.

Hakim Sərdar Əlibəyli və Fərəməz Allahverdiyevə üç ay azadlıqdan məhrumetmə, Ramiz Tağıyevə isə aylıq gəlirindən 10 faiz tutulmaqla 6 ay islah işi cəzası verilməsi barədə hökm oxuyub. S.Əlibəyli və F.Allahverdiyev hələlik azadlıqda olsalar da, hökmü əldə etdikdən sonra verəcəkləri Apellyasiya şikayəti təmin edilməzsə, hökm icra olunacaq və hər iki jurnalist həbs olunacaq.
S.Əlibəyli RATİ-yə bildirib ki, hökmü əldə edən kimi, Bakı  Apellyasiya Məhkəməsinə şikayət verəcəklər.
 
Qeyd edək ki, iki gün öncə – iyunun 20-də Nizami rayon məhkəməsində hakim Vidadi Məmmədov Daxili Qoşunların komandanı Zakir Həsənovun və onun müavininin və Daxili Qoşunların bir sıra yüksək rütbəli rəsmisinin ittihamları əsasında Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə (böhtan) əsasən 7 ay müddətinə islah işləri cəzası verib.
Xatırladaq ki, “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrlə bağlı  Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində Təhmasib Novruzovun qaldırdığı iddiaya əsasən 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009-cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi. İyunda iş baxəlması üçün Nizami rayon məhkəməsinə göndərilmişdi.
Previous Post

JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.