NAXÇIVANDA JURNALİST VƏ ONUN AİLƏ ÜZVLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Bu gün (5 sentyabr)  “Turan” İnformasiya Agentliyinin Naxçıvan üzrə bölgə müxbiri, habelə Naxçıvan Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova ölümlə hədələnib.

“Azadlıq” radiosunun Naxçıvan üzrə müxbiri və M.Nəsibovanın həyat yoldaşı İlqar Nəsibovun RATİ-yə bildirdiyinə görə,  hadisə  bu gün (15:45 radələrində M. Nəsibovanın yaşadığı evin qarşısında baş verib.

“Məlahət  evdən çıxanda binanın qarşısında Rəfael Əsədov adlı MTN işçisinin anası Şölə xanımın təhdid və təhqirlərinə məruz qalıb. Qadın onu təhqir edərək, nalayiq söyüşlər söyüb.  Sonra da  o Məlahətə deyib ki, oğlunun adını hər yerdə hallandımasin, yoxsa başına oyun açacaqlar, onu öldürərlər”, –  deyə qeyd edən İ.Nəsibovun sözlərinə görə,   sentyabrın 2-də  RATİ-nin mətbuat mərkəzində  Naxçıvan MTN-də avqustun 31-də  baş vermiş ölüm hadisəsi  ilə bağlı  mətbuat keçirdikləri gün Naxçıvandakı evlərinə  tanımadıqları bir şəxs gələrək,  M.Nəsibovanı  soruşub, sonra da evdə olan 16 yaşlı qızlarını  hədələyərək, çıxıb gedib.

İlqar Nəsibovun sözlərinə görə,  baş verən hadisə ilə bağlı bu gün  jurnalist Elman Abbasov, onun özü və M. Nəsibova Naxçıvan Şəhər Polis İdarəsində olaraq, şikayət ərizəsi yazıblar: “Bizi qəbul edən Sahib Əliyev adlı polis zabiti şikayətin obyektiv araşdırılacağını və nəticə barədə bizləri məlumatlandıracaqlarını bildirdi” .

 

Previous Post

GƏNC FƏALA VƏKİLİ İLƏ GÖRÜŞ VERİLMƏYİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.