Jurnalist Idrak Abbasov Lerik Prokurorluqda izahat verib

idrak iwpr
Avqustun 25-də “Bizim Yol” qəzetinin əməkdaşı, jurnalist,  İdrak Abbasov Lerik rayon prokurorluğunda izah verib. Bu barədə bu gün (27 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. Jurnalistin sözlərinə görə, prokurorluqda onu müstəntiq Abdulla Abdullayev qəbul edib.
“İyunun 12 və 14-də Lerik şəhər icra nümayəndəsi Atamalı Nəcəfov tərəfindən təhqir və təhdid edilməyim ilə bağlı izahat alınıb. Müstəntiq məzuniyyətdə olduğu üçün bir qədər araşdırmanın gecikdirildiyini dedi. Vəkilim Xalıd Bağırovla məsləhətləşəndən sonra Atamalı Nəcəfovun mənə iyulun 14-də etdiyi zəngin məzmununun da işə əlavə edilməsinə dair vəsatət verdim. Müstəntiq xəsarətin olmadığı üçün işdə cinayət əməlinin olmadığını deyirdi. Amma onun mənə etdiyi telefon zəngində özümə və ailəmə qarşı təhqirdən başqa terror hədəsi də əksini tapıb. Bu isə cinayət məsuliyəti yaradır. Bu səbəbdən onun məsuliyyətə cəlb olunması üçün qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edəcəyik. İşin gələcəkdə davam etdirilməsi ilə bağlı tanınmış vəkil Xalıd Bağırovla danışıqlar gedir. Hələlik isə istintaqın nəticəsini gözləyirik”,-deyə jurnalist qeyd edib.

Xatırladaq ki, jurnalist İdrak Abbasov iyunun 12-də arayış almaq istəyən zaman  Lerik şəhər inzibati ərazi dairəsinin rəhbəri Atamalı Nəcəfov  ona hücum çəkib və nalayiq söyüşlərlə onu söyüb. Jurnalist hadisə barədə Lerik Şəhər Polis Şöbəsinə müraciət edib. Daha sonra Atamalı Nəcəfov  jurnalistə zəng edərək onu və ailəsini ölümlə hədələyib.

 

Previous Post

Naxçıvanda internet klublar bağlanır

Next Post

Əvəz Zeynallı Mətbuat Şurası ilə məhkəmə çəkişməsi davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.