İttiham tərəfin şahidi jurnalistin günahkar olmadığını bildirib

Nicat (5)

İyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Jurnalistin   vəkili Yalçın İmanov bugünkü  prosesdə N. Əliyevin işi üzrə daha iki şahidin dindirildiyini bildirib.

“Şahidlər istintaqa verdikləri ifadəni dəsdiq etmədiklərini bildirdilər. Burada da məlum oldu ki, istintaq çox ciddi qanun pozuntuları ilə aparılıb. Şahidlərdən Aslan Fərzəliyev Nicat Əliyevin əməlində hər hansı bir qanunazidd əməllərin olmadığını bildirib. Digər bir şahid Rüfət Baxşıyevin niyə bu prosesə cəlb olunması aydın deyildi. Çünki bu adam təqsirləndirilən şəxslərin bəzilərini, o cümlədən də Nicatı tanıyır. Ancaq tanımağa görə iş üzrə şahid qismində qoyulması tam qanunsuz və əsassız bir məsələdir. Xüsusən birinci şahid Aslan Fərzəliyevin ötən ilin 20 noyabrında “Killer” mağazasından birbaşa 27-ci polis bölməsinə aparılması və sabaha qədər orada saxlanılması və günorta radələrində buraxılması kifayət qədər qanun pozuntusudur.” –deyə bildirən vəkil Y. İmanov növbəti prosesin 20 iyun saat 10:30-da davam edəcəyini bildirib.

Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N.Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

Previous Post

Jurnalist Lerikdə dövlət məmurunun təzyiqinə məruz qalıb

Next Post

Şahid ifadələri jurnalistin işi üzrə yeni faktları ortaya çıxarır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.