Əvəz Zeynallı əməliyyat olunmalıdır

1858008

“Xural” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının səhhətində problem var və o əməliyyat olunmalıdır. Bu barədə bu gün (31 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  jurnalistin həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.

Məlahət Zeynalova Əvəz Zeynallı ilə Novruz bayramı ərəfəsində görüşdüyünü və onun ağrılarının olduğunu bildirib.

“Əvəz burun-qulaq ağrılarıdan əziyyət çəkir. Bu ağrılardan xilas olmaq üçün cərrahiyyə  əməliyyatı keçirməlidir.  Həkim onun səhhəti barədə məlumatlıdır, dərmanlar yazır alıb cəzaçəkmə müəsəsissəsinə göndəririk.  Çünki əsas istəyimiz  əməliyyata qədər vəziyyəti dərmanlarla stabil saxlaya bilməkdir”,-deyə Zeynalova bildirib.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı  Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz  Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Vətəndaş Həmrəyliyi qəzeti məhkəməyə verilib

Next Post

Gəncədə həbs edilən QHT rəhbəri azad edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.