Vətəndaş Həmrəyliyi qəzeti məhkəməyə verilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “Vətəndaş Həmrəyliyi” qəzetini məhkəməyə verib. Bu barədə bu gün (28 Mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru İbrahim Quliyev məlumat verib.

Əflatun Quliyev bildirib ki, Əflatun Şərifov Yasamal Rayon Məhkəməsində qəzetimizdə onun barəsində gedən məqalələrin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyi üçün təkzib verilməsi, dəymiş mənəvi ziyanın əvəzi kimi ümumilikdə 125 min manat (qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxsdən 25 min manat) təzminat ödənilməsi tələbi ilə iddia qaldırıb.

“İddia ərizəsində Əflatun Şərifov daha çox qəzeti və məni ittiham edir: “Əflatun Şərifov bizi onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisini boykot etməsi ilə bağlı “Əflatun Şərifov seçkiləri boykot edir” başlıqlı yazıya istinad edir. O həmçinin  onun barəsində informasiyanı “Vətəndaş Həmrəyliyi”nə ötürən Teymur Məmmədzadədən 25 min manat tələb edir. Teymur Məmmədzadə prezident seçkisi dövründə Teleradio İstehsalat Birliyinin işçisi olub. Seçki vaxtı o, Vətəndaş Həmrəyliyi Partiyasını 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü kimi təmsil edib. Əflatun Şərifovun iddiasına səbəb olan materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Amma Əflatun Şərifov faktlara münasibət bildirməyib”,-deyə baş redaktor qeyd edib.

İ. Quliyev onu da əlavə edib ki, Əflatun Şərifov barəsində qəzetdə dərc olunan həmin materialları 2013-cü ilin avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, oktyabr ayında Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərmişəm, yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm, lakin bu dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməyib və münasibət bildirməyib.

Qeyd edək ki, qəzet 1994-cü il çap olunur.

Previous Post

Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib

Next Post

Əvəz Zeynallı əməliyyat olunmalıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.