Gəncədə həbs edilən QHT rəhbəri azad edilib

hesen

Aprelin 2-də “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli polisin nəzarəti altına verilməklə azad edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Həsən Hüseynli özü məlumat verib.

Hüseynli  bildirib ki, müstəntiq onun barəsində polisin nəzarətinə verilmə barədə qərar verib.

 QHT rəhbəri ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini və fəaliyyətinə görə həbs edildiyini qeyd edib.

Vəkil Əlaif Həsənov bildirib ki, müstəntiqin iş materialları ilə tanış olmaq üçün imkan verməməsi  və  saxlanılma zamanı baş verən pozuntular ilə bağlı  şikayət etmişəm və hər iki şikayət məhkəmənin icraatına qəbul olunub.

Vəkil onu da qeyd edib ki, azadlığa buraxılsa da, təhlükə hələ də sovuşmayıb və siyasi xarakterli iş olduğu üçün prosesi axıra kimi davam etdirmək lazımdır.

Xatırladaq ki, Həsən Hüseynli martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı.  O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə araşdırır.

Previous Post

Əvəz Zeynallı əməliyyat olunmalıdır

Next Post

Jurnalist barəsində hökmdən apellyasiya şikayəti verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.