ƏVƏZ ZEYNALLI VƏSATƏTLƏRİ TƏMİN EDİLMƏDİYİ ÜÇÜN PROSESDƏ İŞTİRAKDAN İMTİNA EDİB

evez zeynalli

Yanvarın 16-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı keçirilən proses keçirilib. Əvəz Zeynallı sabiq deputat Gülər Əhmədovanın “Bizim Yol” qəzetinə verdiyi müsahibədə bir neçə dəfə “Əvəz Zeynallını mənim şikayətim əsasında həbs etməyiblər” ifadəsini əsas gətirərək, cinayət işinin ibtidai istintaqa göndərilməsi ilə bağlı vəsatət verib.Daha sonra ötən prosesdə verilmiş vəsatətlərin tədqiqinə başlanılıb. Dövlət ittihamçısı Ramazan Hadıyevin vəsatətlərə münasibəti Əvəz Zeynallının narazılığına səbəb olub. Belə ki, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun yenidən dindirilməsi və barəsində cinayət işinin başlanması, eyni zamanda ibtidai istintaqı aparan müstəntiq Qabil Qasımovun şahid qismində məhkəməyə dəvət olunması ilə bağlı vəsatətlərin təmin edilməməsinə cavab olaraq Zeynallı məhkəmədə iştirak etmək istəmədiyini bildirib.

O,  bildirib ki, bu vəsatətlərlə bağlı verilmiş qərar əslində məhkəmənin bütün vəsatətlərə münasibətinin eyni olduğunun göstəricisidir.

“Bu məhkəmədə qərarlar Azərbaycan Respublikası adından deyil, Ramiz Mehdiyevin cinayətkar şəbəkəsinin adından çıxarılır” – deyən Əvəz Zeynallı Cinayət məcəlləsini prokurorun ayaqları altına atıb və ondan məcəlləni tapdalamağı tələb edib.

Hakim əvvəlcə prosesdə fasilə elan edib, daha sonra katib prosesin qeyri müəyyən müddətə təxirə salındığını bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

XƏYAL TV-NİN İCRAÇI DİREKTORU İTTİHAMI RƏDD EDİR

Next Post

ƏVƏZ ZEYNALLIYA QARŞI CİNAYƏT İŞİ UĞURSUZLUĞA UĞRAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.