JURNALİST İŞİNDƏN ƏQİDƏSİNƏ, QƏZET RƏHBƏRİ İSƏ JURNALİSTİN KOBUD DAVRANIŞA GÖRƏ ÇIXARILDIĞINI BİLD

Jurnalist Əfqan Muxtarlı bu gün (08 oktuabr) RATİ-yə məlumat verərək bildirib ki, işlədiyi "Yeni Müsavat" qəzetindən qanunsuz olaraq işdən cıxarılıb. Muxtarlının sözlərinə görə, onun işdən çıxarılmasına siyasi əqidəsi səbəb olub. Belə ki, o, Müsavat Partiyasının başqanı İsa Qəmbəri və partiyanın mövqeyini müdafiə etdiyi üçün ona qarşı qəzetdə neqativ kampaniyaya başlanılıb.

 "Mən mütəmadi olaraq Müsavat partiyası və onun sədri barəsində əsassız fikirlərə qarşı çıxdığıma görə işdən çıxarılmışam. Məndən qabaq da bu cür mövqe tutduğuna görə qəzetin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb", – deyə Muxtarlı bildirib. Göstərilən məsələ ilə bağlı sonuncu mübahisə dünən qəzetdə keçirilən iclas zamanı jurnalistlə qəzetin baş redaktorunun 1-ci müavini Azər Ayxan arasında olub. Muxtarlı A.Ayxanın Müsavat partiyası haqqında səsləndirdiyi fikirlərə etirazını bildirib və iclası yarımçıq tərk edib. Sonradan qəzetin baş redaktoru R.Arifoğlu jurnalistə A.Ayxandan üzr istəməsini və işini davam etdirməsini təklif edib. Muxtarlı isə üzr istəmək üçün heç səbəbin olmadığını və A.Ayxanı təhqir etmədiyini, sadəcə onun fikirlərinə etiraz etdiyini deyib. Muxtarlı onu da qeyd edib ki, işdən çıxarılması barədə rəsmi əmri əldə edə bilməyib. Jurnalist əmri əldə etdikdən sonra müvafiq zəruri addımlar atacağını bildirdi.  
Məsələ  ilə əlaqədar mövqeyini öyrəndiyimiz "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Əfqan Muxtarlının işdən kənarlaşdırıldığını təsdiqləyib. Onun sözlərinə  görə, Muxtarlı siyasi əqidəsinə görə yox,  son aylar ərzində qəzetin digər əməkdaşları ilə münaqişə yaratdığına, digər əməkdaşlara qarşı təhqirə və fiziki hədələrə yol verdiyinə görə işdən çıxarılıb. O, jurnalistin siyasi motivlərə görə işdən çıxarılmasını əssasız hesab edib: "İşçilərin əksəriyyəti Müsavat partiyasının üzvləridir, Əfqan Muxtarlı partiya üzvü olduğu üçün yox, əməkdaşlarla yola getmədiyinə görə işdən azad edilib. Son belə bir hadisə dünən A.Ayxanla olan mübahisə olub. Muxtarlı A.Ayxana qarşı kobud ifadələr işlədib və iclası əsəbi şəkildə tərk edib. Analoji mübahisələrdən sonra mən dəfələrlə Muxtarlını qəzetin digər əməkdaşları ilə barışdırmışam. Dünənki hadisədən sonra da mən ona A.Ayxandan üzr istəməyi və barışmağı təklif etdim, lakin o bundan imtina etdiyi üçün onu işdən kənarlaşdırmalı oldum". 
Previous Post

MTRŞ RAMİZ MEHDİYEVİN MƏQALƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

İKİ JURNALİST – SƏRDAR ƏLİBƏYLİ VƏ FƏRƏMƏZ NOVRUZOĞLU HƏBS OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.