MTRŞ RAMİZ MEHDİYEVİN MƏQALƏSİNİ MÜZAKİRƏ EDİB

Dünən (07 oktyabr) Milli Televiziya və Radio Şurasında (MTRŞ) Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsinin müzakirəsi keçirilib.

Tədbirdə telekanallarda olan mövcud vəziyyət müzakirə edilib, şou-biznes xarakterli verilişlərin çox olması, kinofilmlərin dublyaj problemləri, aparıcıların qeyri-peşəkarlığı və telekanallarda olan digər qüsurların  aradan qaldırılması üçün MTRŞ aidiyyəti orqanlara müvafiq təkliflər hazırlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MTRŞ sədrinin müavini Toğrul Məmmədov məlumat verib.
Tədbirdə MTRŞ sədri N.Məhərrəmli çıxış edərək bildirdib ki, Şura R.Mehdiyevin məqaləsini alqışlayır. “Çünki bu məqalə ölkənin efir məkanında olan problemləri araşdırıb və onların aradan qaldırılması mexanizmlərini göstərib. Qurum bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirəcək, tənzimləyici qurum kimi nəzarəti artırılacaq" – deyə N.Məhərrəmli vurğulayıb.
Qeyd edək ki, Ramiz Mehdiyevin oktyabrın 4-də "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və  çatışmazlıqları tənqid edib.
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

JURNALİST İŞİNDƏN ƏQİDƏSİNƏ, QƏZET RƏHBƏRİ İSƏ JURNALİSTİN KOBUD DAVRANIŞA GÖRƏ ÇIXARILDIĞINI BİLD

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.