Lənkəranda taksi sürücülərinin aksiyasında jurnalist saxlanılıb

Dekabrın 3-də Lənkəran rayonu qəsəbəsində 100-ə yaxın taksi sürücüsü və qəsəbə sakini benzinin qiymətinin qalxmasına etiraz olaraq mərkəzə toplaşaraq aksiya keçiriblər.  Aksiyanı işıqlandıran bir neçə jurnalist polis tərəfindən saxlanılıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Cənub xəbərləri ” qəzetinin baş redaktoru Zahir Əmənov məlumat verib.

Z. Əmənov bildirib ki, aksiyada saxlanılan jurnalistlərdən biri “Cənub xəbərləri” qəzetinin müxbiri olub.  

“Aksiyanı işıqlandıran zaman 2-3  jurnalist saxlanılmışdı ki, bunlardan biri də bizim əməkdaşımız idi. Polis  həm aksiya iştirakçılarından bəzilərini saxlayıb, həm də bunu işıqlandıran bir neçə jurnalisti aparıb. Polis jurnalistlərlə danışıq apardıqdan sonra   onları buraxıb, -deyə Zahir Əmənov qeyd edib.

Saxlanılan “Cənub xəbərləri” qəzetinin müxbiri Elvin Rəhimli RATİ-yə bildirib ki, polis onu və əlində fotoaparat olan, ancaq jurnalist olmayan şəxsi saxlayıb.

“ Polis məni saxladıqdan sonra  jurnalist olduğumu,  çalışdığım redaksiya barədə onlara məlumat verdim. Redaksiya rəhbərliyi ilə danışdıqdan sonra məndən üzr istədilər və sərbəst buraxdılar  ”, -deyə Rəhimli qeyd edib.

Aksiya barədə  məlumat verən jurnalist bildirib ki, aksiya pərakəndə şəkildə olub, taksi sürücüləri və sakinlər benzinin qalxmasına etiraz ediblər, ancaq  aksiya başlanan kimi polis tərəfindən  dağıdılıb.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə 3 dekabr 2013-cü ildən benzin və dizel yanacağının pərakəndə, bir sıra neft məhsullarının topdansatış qiymətlərini artırılıb.

Previous Post

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçayda həbs edilib

Next Post

İnternet azadlığı ilə bağlı iddiaların yalan olduğu ortaya çıxdı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.