JURNALİST ELXAN ŞÜKÜRLÜ DƏ MTN-DƏ İFADƏ VERİB

Bu gün (17 mart) Ədalət Partiyası sədrinin müavini, jurnalist Elxan Şükürlü də  Təhlükəsizlik Nazirliyində ifadə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E.Şükürlü bildirib ki, onun ifadəsi “Xural” qəzetinin martın 7-də işıq üzü görmüş sayında gedən şərhi ilə bağlı olub. Həmin şərhində E.Şükürlü “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN zabitinin şübhəli olduğunu iddia edən Eynulla Fətullayevin açıqlamalarına münasibət bildirib.
E.Şükürlünün sözlərinə görə, ondan ifadəni MTN-in İstintaq İdarəsinin rəis müavini Faiq Qəniyev alıb və bu proses 4 saat çəkib. F.Qəniyev E.Şükürlüyə deyib ki, E.Hüseynovun qətli ilə bağlı son günlər mediada gedən açıqlamalar, şərhlər qətlin istintaqa mane olur. Buna görə də E.Şükürlüdən ifadə alınaraq ona xəbərdarlıq edilib.
Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ötən həftə mərhum jurnalist Elmar Hüseynovun qətlinin MTN-in yüksək rütbəli zabiti Akif Çovdarov tərəfindən təşkil olunduğunu və bu faktı ona şəxsən Çovdarovun özünün etiraf etdiyini təsdiqləyən açıqlamalarla çıxış edib.

Previous Post

HƏBSDƏ OLAN BAŞ REDAKTORUN AİLƏSİ HƏDƏLƏNİB

Next Post

“TURAN” İNFORMASİYA AGENTLİYİNİN DİREKTORU MTN-DƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.