“TURAN” İNFORMASİYA AGENTLİYİNİN DİREKTORU MTN-DƏ İFADƏ VERİB

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu gün (17 mart) MTN-ə çağırılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Mehman Əliyev bildirib ki, MTN-də onunla söhbət aparan müstəntiq onunla “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN zabitinin şübhəli olduğunu iddia edən açıqlamaları ilə bağlı sorğu-sual edib. “Müstəntiq Eynulla Fətullayevin açıqlamalarını yaymağımızın səbəbini soruşdu. Bildirdim ki, biz Eynulla Fətullayevin həyatının təhlükədə olduğunu hesab edərək, onun açıqlamalarını yaymışıq” – deyən M.Əliyev əlavə etdi ki, 2 saat davam edən sorğu-sual barədə protokol yazılsa da, ona MTN-ə çağırılmasını və hansı iş üzrə və hansı qismdə (şahid, şübhəli şəxs və s.) dinidirilməsini təsdiq edən heç bir sənəd verilməmişdir.
Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ötən həftə mərhum jurnalist Elmar Hüseynovun qətlinin MTN-in yüksək rütbəli zabiti Akif Çovdarov tərəfindən təşkil olunduğunu və bu faktı ona şəxsən Çovdarovun özünün etiraf etdiyini təsdiqləyən açıqlamalarla çıxış edib.

Previous Post

JURNALİST ELXAN ŞÜKÜRLÜ DƏ MTN-DƏ İFADƏ VERİB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ SORĞU-SUAL EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.