JURNALİST PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRƏRKƏN POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

araz bayramov (1)

Yanvarın 24-də  İsmayıllıda baş vermiş hadisələrdə “musavat.com”  saytının telereporyoru Araz Bayramov polis təzyiqi ilə üzləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən jurnalistin sözlərinə görə  axşam saat 20 radələrində çəkiliş aparan zaman polis tərəfindən saxlanılıb. “Polisin vətəndaşlara güc tətbiq etməsini çəkərkən, əynimdə “press” yazılı jıet olmasına baxmayaraq, bir zabit məni saxlayaraq polis şöbəsinə apardı. İşə yeni  düzəldiyim üçün vəsiqəm yox idi. Saxlandığım 1 saat ərzində polislər redaksiya ilə əlaqə saxlayaraq, orada işlədiyimi dəqiqləşdirdilər və məni sərbəst buraxdılar. Bundan sonra da hadisələri çəkərkən  polis yenidən məni saxlayaraq şöbəyə apardı və yolda mənə sillə vurdu” – deyən Araz Bayramov bildirib ki, 20 dəqiqə saxlandıqdan sonra polis rəisi Nizami Qocayevin göstərişi ilə onu sərbəst buraxıblar.

Qeyd edək ki, polisin etirazçılara qarşı istifadə etdiyi gözyaşardıcı qaz nəticəsində hadisələri işıqlandırmaq üçün orada olan digər jurnalistlərin səhhətində də problem yaradıb.

Xatırladaq ki, yanvarın 23–ü gecə saatlarında İsmayıllı rayonunda gərginlik yaşanıb. Məlumata görə hadisəyə icra başçısının qohumu olduğu deyilən şəxslərin avtomobil qəzası törədəndən sonra rayon sakinlərini təhqir etməsi səbəb olub. Qəzəblənən rayon camaatı bir neçə obyekti, avtomobili, o cümlədən  rayon icra başçısı Nizami Ələkbərovun evinin bir hissəsini maşını ilə birlikdə yandırıblar. Hadisə  ilə əlaqədar hüquq-mühafizə orqanları rayonu nəzarətə  götürsə də, qarşıdurmalar 24 yanvarda da davam edib.

Previous Post

BƏYANAT: AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞI BİTMƏK BİLMİR

Next Post

“Xəyal” TV-nin əməkdaşları şəraitsizlikdən narazıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.