SƏDƏRƏK GÖMRÜYÜNDƏ JURNALİSTƏ TƏZYİQ EDİLİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan Muxtar  Respublikası üzrə bölgə müxbiri Elman Abbasov Sədərək gömrük-buraxılış  məntəqəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb.

Bu barədə jurnalistin özü məlumat verib.

Avqustun 14-də o, Amerikanın İREX təşkilatının layihəsi çərçivəsində regionda miqrasiya proseslərinin jurnalist araşdırması ilə bağlı Türkiyəyə gedib. O, gömrükçülərin əsassız iradları ilə bağlı əvvəlki vəziyyəti nəzərə alaraq sərhədi keçərkən üzərində olan əşyaları qeyd etdirmək üçün blank istəyib. Lakin ona blank verilməyib və bildirilib ki, geri qayıdanda onsuz da yoxlanılacaq.

Avqustun 15-də qayıdarkən E.Abbasov saxlanılıb. Sədərək gömrük-buraxılış məntəqəsinin qaçaqmalçılıq şöbəsinin rəisi Vüsal Həsənovun iştirakı ilə onun əşyalarına baxış keçirilib.

E.Abbasovun sözlərinə görə, gömrükçülər fleş-kartda və fotoaparatda olanları yoxlayıblar, halbuki, orada şəxsi xarakterli informasiya olub. Bundan əlavə, kobud şəkildə E.Abbasovun əşyalarını, geyimlərini dağıdaraq diktofon axtarıblar.

E.Abbasov həmkarlarını çağırdıqdan sonra gömrükçülər onu buraxıblar.  

E.Abbasov və digər müstəqil jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları gömrük orqanının ünvanına tənqidi yazılarla əlaqədar dəfələrlə gömrükçülər tərəfindən təzyiqlərə məruz qalıblar.

Müşahidəçilərin fikrincə, E.Abbasovla indi baş verənlər yerli hakimiyyətin regionda miqrasiya prosesləri ilə bağlı jurnalist araşdırmasından yaranan narahatlığı ilə əlaqədardır.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLUNUN MƏHKƏMƏSİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Next Post

NİCAT ƏLİYEV HAQQINDA SEÇİLMİŞ HƏBS QƏTİMKAN TƏDBİRİNİN MÜDDƏTİ DAHA İKİ AY ARTIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.