Fərəməz Novruzoğlu aclıq aksiyasını davam etdirir

sx_400218768_dp

Jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu) saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında  başladığı aclıq aksiyasını davam etdirir.  Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (7 mart) jurnalistlə görüşən vəkili Fariz Namazlı məlumat verib.

Vəkil F. Namazlı bildirib ki, F. Novruzoğlu artıq 3 gündür aclıq aksiyasını davam etdirir və onun səhhətində hər hansı bir problem yoxdur.

Qeyd edək ki, Fərəməz Allahverdiyev onun Ali Məhkəmədə iştirakını təmin edilmədiyini və iş materialları tanış olmasına şərait yaradılmadığını əsas gətirərək  martın 4-dən etibarən ağzını tikməklə aclıq aksiyasına başlayıb.

Xatırladaq ki,  məhkəmənin hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – güya F.Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – guya F.Novruzoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F.Novruzoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.

Previous Post

Jurnalist fiziki təzyiqə məruz qalıb

Next Post

RATİ İctimaiyyəti Beynəlxalq Qadınlar Günündə Azərbaycanda İfadə Azadlığının Xanım Müdafiəçilərinə Dəstəyə Çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.