Jurnalist Hilal Məmmədov məhkəmə tərkibinə etiraz edib

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. Proses H. Məmmədovun ifadə verməsi ilə başlayıb. Lakin prosesə sədrlik edən hakim A. Orucov tez-tez onun sözlərini kəsməyə başlayıb. Müdafiə tərəfin vəkilləri buna etiraz etdikdə, hakim A. Orucov eyni münasibəti vəkillərə də nümayiş etdirib. Bundan sonra vəkilləri H. Məmmədovla məsləhətləşdikdən sonra məhkəmə tərkibinə etiraz etdiklərini bildiriblər.

Hakim A. Orucov məhkəməni  29 may saat 10:30-a təyin etdiyini elan edib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

 

 

 

 

 

Previous Post

Parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı yönələ biləcək qanun layihəsinin qəbulunu təklif edir

Next Post

Azadlıq qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.