Jurnalist Pərviz Həşimli aclıq aksiyasına başlayacaq

 

398327_525389854153700_112437647_n

Noyabrın 21-də  vəkil Elçin Sadıqov MTN-nin istintaq təcridxanasında  saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.azsaytının rəhbəri Pərviz Həşimli ilə görüşüb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  vəkil məlumat verib.

Vəkil bildirib ki,   jurnalistin səhhəti çox pisdir və hazırda saxlanılan şərait faktiki işgəncə və  insan ləyaqətini  alçaldan rəftardır.

“Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edirdi. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsidir”,-deyə  vəkil qeyd edib.

Vəkil onu da əlavə edib ki, bu gün görüşdən çıxandan sonra yenə də  onun görüş zamanı götürdüyü qeydləri məcburi şəkildə əlindən alınıb və sürəti çıxarılıb.

Xatırladaq ki, Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib.

 

Previous Post

Dünya Televiziya Günündə RATİ Azərbaycan hökumətini teleradio yayımı islahatlarına çağırır

Next Post

Jurnalistin məhkəməsi vəkil çıxışı ilə davam edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.