Jurnalistin məhkəməsi vəkil çıxışı ilə davam edib

 Nicat (5)

Noyabrın 21-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi vəkillərin çıxışları ilə davam etdirilib. Məhkəmədə  jurnalistin vəkili  Anar Qasımlı çıxış edərək bildirib ki, jurnalistin işi üzrə ittiham öz sübutunu tapmayıb və buna görə də Nicat Əliyevə bəraət verilməlidir.

“N.Əliyev tutulan anda mən bir vəkil kimi onun yanın da olmalı idim. Təqsirləndirilən şəxslərin heç bir sübutları öz təsdiqini tapmayıb. Şahidlərin, protokolların, sənədlərin necə olduğunu məhkəmə də iştirak edən hər kəs gördü. Təqsirləndirilən şəxsləri mütəşəkkil cinayətkar dəstə  adlandırırlar, amma əslində o insanlar heç bir birilərini tanımayıblar”,-deyə vəkil çıxışında qeyd edib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi 28 noyabr  saat 10:30 təyin edilib.

Xatırladaq ki, 2012-ci may ayının  20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb.

Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N. Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.

Previous Post

Jurnalist Pərviz Həşimli aclıq aksiyasına başlayacaq

Next Post

Hüquq müdafiəçisinin işi üzrə məhkəmə istintaqı bitib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.