Jurnalistin şəxsi həyata müdaxilə edilib

Mayın 15-də “AzNews.az” xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun şəxsi facebook hesabı və mail hesablarına edilən haker hücumları nəticəsində ölkənin bir çox tanınmış şəxsləri, o cümlədən “Azadlıq” radiosunun  jurnalisti Xədicə İsmayıl təhdid və jantaja məruz qalıblar. Bu barədə bu gün (15 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Zahiroğlu məlumat verib.

Jurnalistin sözlərinə görə, bu gün səhər saatlarında şəxsi facebook hesabı və mail hesabları hakerlər tərəfindən sındırılıb və nəticədə onun adından ölkənin bir çox tanınmış şəxsləri, o cümlədən  jurnalist Xədicə İsmayıl təhqir və şantaj ediliblər:

“Bəyan edirəm və bildirirəm ki, “ Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıla yazılan şantaj və təhqirlərlə heç bir əlaqəm yoxdur. Bütün bunlar poçt hesablarımın haker hücumlarına məruz qalaraq sındırılması ilə bağlıdır. Bu işin kim tərəfindən nə məqsədlə edildiyi barədə heç bir təsəvvürə malik deyiləm, bu məsələ tərəfimizdən də aydınlaşdırılacaq. Mən artıq Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayaraq, məsələnin  diqqətdə saxlanılıb araşdırılması barədə xahiş etmişəm” –deyə E. Zahiroğlu qeyd edib.

Qeyd edək ki, məsələ ilə bağlı Xədicə İsmayıl da öz şəxsi “facebook” hesabında status paylaşıb: “Elçin Zahiroğlunun profili hack edilib. O profildən mənim də profilimi hack eləmək üçün cəhd etdilər. Guya hardasa yayılan videonu göndərib, linkə girib baxmağımı dedilər. Linklər FB, yaxud yahoo qeydiyyatı istəyirdi və mən imtina etdim. Sonra başladı təhqirlər. Elçin Zahiroğlunun oğurlanmış profilindən gələn mesajlardakı linkləri açmayın. Özünü də şikayət edin”.

Previous Post

Jurnalisti ölümlə hədələyiblər

Next Post

Media nümayəndələri baş redaktorun işi siyasi sifariş hesab edir

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.