Şahid ifadələri jurnalistin işi üzrə yeni faktları ortaya çıxarır

935671_598435393509635_869834024_n

İyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. Prosesdə ilk olaraq Hilal Məmmədov vəsatət verərək, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Ələkbər Xələfovun ötən proses zamanı onun ünvanına səsləndirmiş olduğu ifadələrə görə barəsində ölçü götürülməsini istəyib. Məhkəmə yerindəcə müşavirə edərək, vəsatətin təmin olunmadığını bildirib.

Proses DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Qalib Hümbətovun  ifadəsi ilə davam edib. Q. Hümbətov Məmmədov barəsində onlara məlumat daxil olduqdan sonra hadisə yerinə getdiklərini, H. Məmmədovun üzərinə baxış keçirildiyini deyib. Hümbətov H. Məmmədovun şalvarının cibindən 30 q narkotik vasitə aşkar etdiklərini, bununla bağlı onun izahat verməkdən boyun qaçırdığını bildirib. Zalda əyləşən Hilal Məmmədovun ailə üzvlərinin buna reaksiyasından sonra şahid onları kobud formada təhqir və hədələməkdən belə çəkinməyib.  Daha sonra şahid müdafiə tərəfin vəkillərinin iş üzrə suallarını cavablandırıb. Lakin hakim A. Orucov buna tez-tez müdaxilə edərək, mane olub və sualların çıxarılmasını deyib.

Daha sonra müdafiə tərəfin vəkilləri Hilal Məmmədov saxlanılan zaman protoklolda 11 nəfərin imzasının olmalı olduğu halda, hansı səbəbdən 7 nəfərin imzasının yer aldığını şahiddən soruşublar. Şahid protokolu tərtib etmədiyini bildirərək, suala cavab verə bilməyib. Belə olduğu halda vəkillər işdə bu və digər qanunsuzluqların yer alması səbəbindən tərtib edilmiş protokolun sübutlar siyahısından çıxarılması barədə vəsatətlə çıxış ediblər. Hakim bu vəsatətin də təmin edilmədiyini elan edərək, növbəti prosesin 19 iyun saat 11:00-a davam edəcəyini bildirdi.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir

Previous Post

İttiham tərəfin şahidi jurnalistin günahkar olmadığını bildirib

Next Post

Jurnalist mühafizə orqanlarından təhlükəsizliyinə təminat istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.